ELM VƏ TƏHSİL
İstehlak mallarının standartları mövzusunda müzakirələr aparılıb
Bakı, 28 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) əmtəəşünaslıq fakültəsində elmi-praktik seminar keçirilib.
ADİU-dan AZƏRTAC-a bildiriblər ki, seminarda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nəzdində Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayevin “Standartlaşdırma üzrə milli orqanın strukturu və vəzifələri” mövzusunda məruzəsi dinlənilib.
S.Abdullayev müasir dövrdə respublikanın istehlak bazarında yüngül və yeyinti sənayesi məhsullarının ekspertizası, keyfiyyətinin idarə edilməsi və standartlaşdırılması sahəsində aparılan məqsədyönlü işlərdən söz açıb. O, Azərbaycan milli standartlaşdırma sisteminin struktur bölmələri, onların hüquq və vəzifələri, problemləri, dövlət standartlarının işlənib hazırlanması və təsdiqi qaydaları, institutun fəaliyyətində perspektiv istiqamətlər, beynəlxalq əməkdaşlıq məsələləri haqqında seminar iştirakçılarını məlumatlandırıb.
Sonda müzakirələr aparılıb, suallar cavablandırılıb.