REGİONLAR
İstehlakçı hüquqlarının qorunmasına dövlət tərəfindən qayğı göstərilir
AZƏRTAC xəbər verir ki, şəhər icra hakimiyyətinin təşkilati dəstəyi ilə “Şəki-Palas” otelində keçirilən tədbiri Xidmətin rəis müavini Araz Əliyev açaraq ölkəmizdə sosial-iqtisadi inkişaf strategiyasının uğurla həyata keçirilməsi nəticəsində istehlakçıların hüquqlarının qorunmasına dövlət qayğısının artdığını, bu sahədə etibarlı təminat sisteminin yaradıldığını və dövlət siyasətinin formalaşdığını bildirib. Qeyd olunub ki, istehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsi və istehlak bazarının keyfiyyətsiz və təhlükəli mallardan qorunmasında maarifləndirmə və təbliğat-təşviqat işlərinin gücləndirilməsi böyük əhəmiyyət kəsb edir. İstehlakçıların maarifləndirilməsi bu sahədə daha yüksək nəticələr əldə edilməsinə imkan yaradır.
Konfransda “İstehlakçıların hüquqlarının qorunmasında yerli icra hakimiyyəti orqanlarının vəzifələri”, “İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr”, “Ərzaq malları alarkən nələrə diqqət yetirməli?”, “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir” və digər mövzularda məruzələr dinlənilib.
Tədbirin sonunda istehlakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilib.