İQTİSADİYYAT
İstehlakçıların hüquqlarının qorunması sahəsində əhəmiyyətli müsbət dəyişikliklər müşahidə olunur
Bakı, 15 mart, AZƏRTAC
15 mart - Dünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günüdür.
AZƏRTAC xəbər verir ki, bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində "Düzgün məlumat - istehlakçının seçim hüququnun təminatıdır! " mövzusunda "dəyirmi masa" keçirilib.
Dövlət xidmətinin rəisi Zahid İsayev qeyd edib ki, istehlak bazarında malların, iş və xidmətlərin keyfiyyət və təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirlərin nəticəsi olaraq, istehlakçıların hüquqlarının qorunması sahəsində əhəmiyyətli müsbət dəyişikliklər müşahidə olunur. Aparılan maarifləndirmə tədbirləri istehlakçı hüquqlarının müdafiəsində ictimai nəzarətin rolunu daha da artırıb.