CƏMİYYƏT


İstehsalçılardan qəbul olunan buğdanın bir tonunun qiyməti 280 manatadək artırılıb VİDEO

A+ A

Bakı, 14 sentyabr, AZƏRTAC

Xəbər verdiyimiz kimi, iyunun 21-dən etibarən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi 2016-cı ildə ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın Dövlət Taxıl Fondu üçün tədarükünü elan edib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hazırda buğda istehsalçılarından qəbul olunan yüksək keyfiyyətli buğdanın qiyməti bir ton üçün 270 manatdan 280 manata qaldırılıb. FHN bir daha xatırladır ki, buğdanın tədarükü 2016-cı il noyabrın 1-dək davam edəcək.

Əlavə məlumat almaq üçün Fövqəladə Hallar Nazirliyinin saytına (www.fhn.gov.az), 012-512-50-25 və 070-271-71-33 telefon nömrələrinə, habelə “112” qaynar xəttinə müraciət etmək olar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.