DÜNYA


İstifadəçilər və satıcılar arasında ünsiyyət üçün platforma istifadəyə verilib

Bakı, 13 iyun, AZƏRTAC

“Apple” şirkəti müştərilərin bizneslə ünsiyyəti üçün “Business Chat” platformasını istifadəyə verib. Xidmət alıcıların mal və xidmət tədarükçüləri ilə ünsiyyətini sadələşdirməyə imkan verir.

AZƏRTAC “theRunet” resursuna istinadən xəbər verir ki, “iMessage” məlumat mübadiləsi xidmətinə inteqrasiya olunan servis “Apple Pay” ödəniş sistemini və “Təqvim” əlavəsini dəstəkləyir. Hazırda servisin yeni funksiyalarını yalnız əlavə tərtibatçıları sınaqdan keçirə bilərlər. İstifadəçilər platformadan “iOS 11” əməliyyat sistemi işıq üzü görəndən sonra yararlanmaq imkanı əldə edəcəklər.

Məlumata görə, istifadəçilər “Safari”, “Maps”, “Spotlight” və ya “Siri” proqramlarında “iMessage” pəncərəsi aça biləcəklər. Proqram vasitəsilə görüş təyin etmək, təyyarə bileti almaq və orada yer seçmək mümkün olacaq. “Apple” mahiyyət etibarilə şirkətlər tərəfindən əlavə funksiyalarının qismən “Business Chat” platformasına inteqrasiya edilməsini istəyir.

Bundan əvvəl analoji funksiya “Facebook Messenger”də yaradılıb. Onlar arasında fərq bundadır ki, burada istifadəçilər botlarla, “Apple”da isə insanlarla ünsiyyət qurur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.