DÜNYA


İstifadəçilərin 36 faizi təhlükəsizlik problemi baxımından mobil bankçılıq xidmətindən imtina edir

A+ A

Bakı, 20 avqust, AZƏRTAC

“Kasperski Laboratoriyası" və “IDC Financial Insights” şirkəti tərəfindən keçirilmiş sorğunun nəticəsinə görə, bankların müştəriləri təhlükəsizlik problemi və fırıldaqçılıq hallarının artması ilə əlaqədar mobil bankçılıq xidmətindən istifadə etməkdən çəkinirlər.

AZƏRTAC “securitylab.ru” saytına istinadən xəbər verir ki, ABŞ və Böyük Britaniya sakinləri arasında keçirilmiş sorğunun nəticəsinə əsasən, maliyyə təşkilatları müştərilərinin 36 faizi mobil bankçılıq xidmətindən istifadəyə üstünlük vermir. Bu halda onların 74 faizi bunu təhlükəsizlik problemi ilə izah edir. Mobil bankçılıq xidmətlərinin aktiv istifadəçiləri arasında da eyni narahatlıq mövcuddur. Rəyi soruşulanların 85 faizi bildirib ki, əgər banklar təhlükəsizliyi daha yaxşı təmin etsəydilər, mobil bankçılıq xidmətindən tez-tez istifadə edilərdi.

"İstehlakçılar öz mobil qurğularının təhlükəsizliyinə az etibar edirlər və bu da bank və ödəmə aktivliyinin azalmasına səbəb olub", – deyə “IDC Financial Insights”in analitiki Mark DeKastro bildirib. Onun sözlərinə görə, mobil telefon sahibləri öz mobil bankçılıq xidmətləri üçün daha etibarlı müdafiə təmin edən banklara üstünlük verir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.