DÜNYA


İstiqamətini dəyişə bilən mərmi hazırlanıb

A+ A

Bakı, 24 sentyabr, AZƏRTAC

ABŞ-ın Təhlükəsiz Araşdırma Layihələri Agentliyi istiqamətini dəyişə bilən, 50 millimetr kalibrli mərmi hazırlayıb.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, agentliyin nümayəndələri mərminin atəş açılandan sonra istiqamətini dəyişə bildiyini və onun “real vaxt optik bələdçi” sistemindən istifadə olunmaqla dizayn edildiyini deyiblər. Vurğulanıb ki, mərmi ABŞ əsgərlərinin Əfqanıstandakı müharibə zamanı şikayət və təcrübələri əsasında hazırlanıb. Çünki Əfqanıstanda tez-tez müşahidə olunan tozlu və küləkli, əlverişsiz şəraitdə hərəkətli hədəfləri ələ keçirmək mövcud texnologiya ilə çox çətin idi. İndiyədək ancaq filmlərdə gördüyümüz bu mərmi həmin çətinliyin aradan qaldırılmasına nail olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.