MƏDƏNİYYƏT


İstiqlal Muzeyində “Torpaq uğrunda ölən varsa Vətəndir!” adlı sərgi açılıb

A+ A

Bakı, 30 noyabr, Z.Mansurova, AZƏRTAC

Noyabrın 30-da Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında “Torpaq uğrunda ölən varsa Vətəndir!” adlı layihənin yekun tədbir-sərgisi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə sərgiyə baxış olub, milli qəhrəmanlar haqqında videoçarx nümayiş etdirilib.

Muzeyin direktoru Fəridə Şəmsi bildirib ki, Azərbaycanın azadlığı uğrunda canlarından keçən milli qəhrəmanların xatirəsini anmaq məqsədilə 2016-cı ildən “Torpaq uğrunda ölən varsa Vətəndir!” adlı layihəyə start verilib. Layihə çərçivəsində muzey Bakıda yerləşən bir sıra məktəblərdə, hərbi hissələrdə milli qəhrəmanların, onların ailə üzvlərinin iştirakı ilə sərgi-tədbirlər keçirib, onların həyat və fəaliyyətini əks etdirən sənədli filmlər nümayiş etdirib.

Sonra tədbir iştirakçıları Salatın Əsgərova, İsgəndər Aznaurov, Ələkbər Əliyev, Eldar Tağızadə, Əfqan Hüseynov, Ələsgər Novruzov, Hikmət Nəzərli, Məzahir Rüstəmov, Gültəkin Əsgərova və digər milli qəhrəmanların şəxsi əşyalarının nümayiş olunduğu sərgi ilə tanış olublar.

Sərgi-tədbirdə milli qəhrəmanların ailə üzvləri və dostları, Milli Qvardiyanın əsgərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.