MƏDƏNİYYƏT


İstiqlal Muzeyində ilk sərhədçi generala həsr edilmiş tədbir keçiriləcək

A+ A

Bakı, 21 oktyabr, AZƏRTAC

Oktyabrın 25-də İstiqlal Muzeyinin ekspozisiyasında Azərbaycanın ilk sərhədçi generalı Mustafa Nəsirovun anadan olmasının 95 illiyinə həsr olunan tədbir keçiriləcək.

Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə muzeyin direktoru Fəridə Şəmsin, Dövlət Sərhəd Xidmətinin nümayəndəsinin çıxışları və “General Nəsirov” adlı sənədli filmin nümayişi nəzərdə tutulub.

Qeyd edək ki, Mustafa Nəsirov vaxtilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Zaqafqaziya Sərhəd Dairəsi komandanın müavini olub. Böyük Vətən müharibəsi veteranı, Azərbaycanın sərhəd qoşunları general mayoru Mustafa Nəsirov 2012-ci ildə Bakıda vəfat edib.

Tədbirdə Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti, Respublika Veteranlar Şurasının üzvləri və digər qonaqlar iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.