Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

İstiqraz - əsrlərin sınağından çıxmış qazanc üsulu

İstiqraz - əsrlərin sınağından çıxmış qazanc üsulu

Bakı, 26 aprel, AZƏRTAC

Borcu təsdiqləyən alətlərin, o cümlədən istiqrazların tarixi çox qədimdir və bir neçə min il əvvələ gedib çıxır. Amma onların bizim adət etdiyimiz formada və məqsədlərlə buraxılmasına təqribən min il əvvəl başlanılıb. İlk dövrlərdə dövlətlər istiqrazları müharibə üçün maliyyə vəsaiti əldə etmək məqsədilə buraxırdılar. İstiqraz sahibləri üçün bunun elə bir fərqi yoxdur – onlar min il əvvəl olduğu kimi indi, də istiqrazlardan qazanmaqda davam etməkdədirlər.

"Müharibə istiqrazları"

Bəzi mənbələrə görə, ilk istiqraz buraxılışları o vaxtın maliyyə mərkəzi sayılan Venesiyadan başlanıb. Hazırda dünyanın qiymətli kağızlar bazarının əsasını təşkil edən istiqrazlar heç də həmişə dinc məqsədlər üçün buraxılmayıb. 1100-cü illərdə Venesiya apardığı müharibələri maliyyələşdirmək üçün “presiti” kimi tanınan dövlət istiqrazlarını buraxmağa başlayır. İstiqrazların üzərində onun nə vaxt ödəniləcəyi, puldan istifadəyə görə əlavə ödənişin məbləği (yəni, istiqrazı alan tərəfin illik gəliri) və digər şərtlər ətraflı yazılırdı. Şəhər öz istiqraz bazarını 14-cü əsrə kimi inkişaf etdirdi. Həmin vaxtadək Venesiya sakinləri istiqrazlara öyrəşmişdi, onlar bu istiqrazları alıb-sata bilir və istiqraz sahibləri müəyyən edilmiş illik qazanc əldə edirdilər.

Kilsənin təqibindən qurtulmaq üsulu

Maraqlıdır ki, istiqrazların yaranmasının bir səbəbi də kilsə tərəfindən sələmçilərə qadağa qoyulması idi. XVI əsrdə Fransada və Hollandiyada kilsə sələmçilərə və onların faizlərinə qarşı əsl müharibə elan etmişdi. Sələmçilər vəziyyətdən çıxmaq üçün istiqraz formasını fikirləşib tapdılar. Əslində hər şey olduğu kimi qalmışdı, yeganə fərq ondan ibarət idi ki, istiqrazın üzərində borc faizi əvəzinə "gəlirdən faiz" sözü yazılmışdı. Bu ifadə imkan verirdi ki, istiqraz üçün ödənilən faiz gəlirin bölüşdürülməsi sayılsın. Bunu isə kilsə qadağan etmirdi və borc verən tərəf kilsənin təqibindən yaxa qurtarırdı.

İstiqrazların dili fransızca idi

Hollandiyada ilk istiqrazlar XVI əsrdə buraxılmağa başlayır. İlk istiqrazlar 1517-ci ildə İspaniya ilə müharibədə istifadə etmək məqsədilə buraxılmışdı. Həmin istiqrazı alanların illik qazancı orta hesabla 20 faiz təşkil edirdi. Bu istiqrazlar veksel şərtləri ilə buraxılır, üstündəki yazılar isə fransızca idi. Ümumiyyətlə, 20-ci əsrə kimi buraxılan istiqrazların çoxunun üstündəki yazılar fransızca idi, həmin vaxt fransız dili maliyyə dili kimi qəbul edilirdi.

İngiltərə-Fransa müharibəsinin istiqrazları

Dünya tarixində ən uzun sürən müharibə də istiqrazlarsız baş tuta bilməzdi - 1663-cü ildə İngiltərədə “Bank of England” tərəfindən istiqrazlar buraxılıb və cəlb edilən pullar Fransa ilə müharibədə istifadə edilib. Həmin istiqrazlar tarixdə ilk rəsmi dövlət istiqrazları kimi tanınır. Onlar həm illik qazanc gətirir, həm lotereya kimi də qeydiyyatdan keçirilirdi.

Bundan sonra digər ölkələr də müharibəyə pul tapmaq üçün istiqraz buraxmağa başladılar. XVIII əsrdə Amerika Birləşmiş Ştatları da istiqraz bazarına daxil oldu. İlk istiqrazlar inqilab zamanı buraxıldı. Onların buraxılışından cəlb olunan pullar vətəndaş müharibəsində istifadə olunurdu. Təkcə fiziki şəxslər bu müharibə üçün buraxılan 27 milyon dollarlıq istiqraz almışdılar.

Sülh və inkişaf istiqrazları

Dünyada istiqraz bazarları, daha dəqiqi dinc məqsədlər üçün istiqraz buraxılışları əsasən 1815-ci ildən sonra sürətlə inkişaf etməyə başladı. Bu dövrdə İngiltərə bir çox yerlərdə dəmiryollarına və kanallara investisiya qoymaqda, Latın Amerika ölkələrinə və İngiltərənin müstəmləkələrinə maliyyə vəsaiti ayırmaqda idi. Bu da özlüyündə müxtəlif ölkələrdə istiqraz bazarlarının inkişafına təkan verdi. Bundan başqa, 1815-1914-cü illər arasında İngiltərədə yaşanan iqtisadi canlanma öz növbəsində istiqraz faizlərini 4 faizə qədər aşağı saldı. Bu müddət ərzində ABŞ, Almaniya, Fransa və digər başqa ölkələr də illik 3 faiz gəlirliliklə dövlət istiqrazları satışa buraxırdılar.

Napoleon və istiqrazlar

İstiqrazların buraxılmasından keçən 700 il ərzində dünya istiqraz bazarında faiz nisbətlərində azalma müşahidə edilir. Belə ki, 1285-1600-cü illər arasında dövlət istiqrazlarının illik gəlirliyi 6-10 faiz arasında dəyişir, bəzi hallarda hətta 20 faizə qalxırdı. Amma XVIII əsrin əvvəllərindən etibarən Londonda və Nyu-Yorkda yaranan istiqraz bazarları istiqraz faizlərinin azalmasına səbəb oldu və istiqrazların gəlirliliyi 3 faizə qədər düşdü. İstiqraz bazarına və onların gəlirliliyinə Napoleon müharibələri də təsirini göstərib. Napoleonun başlatdığı müharibələrin təsiri ilə İngiltərənin xarici borcu sürətlə artaraq, ÜDM-nin 200 faizini təşkil etdi ki, bu da ölkədə iqtisadi riskləri artırdığına görə, İngiltərə bankının buraxdığı istiqrazların faizlərinin 6 faizə qədər çıxmasına səbəb oldu.

Çar Rusiyasının istiqrazları

Rusiyadada ilk istiqrazlar II Yekaterinanın dövründə, 1769-cu ildə buraxılmağa başlanır. İstiqrazın buraxılışından əldə olunan vəsaitlər Rusiyaya Krımın işğalı zamanı əldə edilən borcları ödəmək üçün lazım idi. Bəzi səbəblərə görə Rusiya bu istiqrazları özü buraxa bilmədi və istiqraz buraxılışını vasitəçilərinin – əsasən holland bankirlərinin köməyi ilə həyata keçirdi. İllik 5 faiz gəlirliklə buraxılan istiqrazların alıcıları da xaricilər - İngiltərə və Almaniya bankları idi.

Rusiyada istiqraz bazarının inkişafı təhkimçiliyin ləğvindən – 1861-ci ildən sonra başladı. Ölkə ilk növbədə dəmir yollarının tikintisi üçün lazım olan vəsaitləri istiqrazlar buraxaraq yığırdı. İstiqrazların çoxu illik 4 faiz gəlir gətirirdi və 5 – 50 il müddətinə buraxılırdı.

1917-ci ildə Çar Rusiyasının bütün istiqrazları qeyri-qanuni elan edildi və bununla da istiqraz sahiblərinin qoyduqları bütün vəsaitlər batdı. 20-ci illərdən etibarən artıq Sovet İttifaqının istiqrazları buraxılmağa başlanır. Bu istiqrazlar uduşlu idi.

10 illik “Azadlıq İstiqrazları”

İlk dəfə 10 illik dövlət istiqrazları isə ABŞ tərəfindən XX əsrin əvvəllərində “Azadlıq İstiqrazları” adı altında buraxılıb. Bu istiqrazlar Birinci dünya müharibəsi zamanı yenə də müharibəyə maliyyə dəstəyi üçün buraxılmışdı. 1917-ci ildə ABŞ-ın Almaniyaya müharibə elan etməsindən 3 həftə sonra parlament ABŞ-a illik 3,5 faiz gəlirliliklə 5 milyard dollarlıq istiqraz buraxmağa icazə verdi.

Yüz ildən artıq tarixi əhatə edən ABŞ istiqraz bazarında bu müddət ərzində kəskin eniş və çıxışlar yaşanıb. Xüsusi ilə dövlət istiqrazlarının qiyməti və bundan asılı olaraq da faizləri, iqtisadi mühitdəki dəyişmələr nəticəsində ciddi dalğalanmalar göstərib.

Belə ki, 1902-1920-ci illər aralığında istiqrazların faiz nisbətləri müharibə və inflyasiya risklərinə qarşı 2,82 faizdən 5,67 faizə yüksəlib. 1921-1945-ci illər arasında isə faizlər deflyasiya və iqtisadi dəyişikliklər nəticəsində 5,67 faizdən 1,55 faizə düşüb. Ancaq 1970-cil illərin ortalarından başlayaraq, kapitalist ölkə iqtisadiyyatlarında yaşanan inflyasiya və iqtisadi durğunluq nəticəsində faizlər təkrar artmağa başlayıb və faiz hədləri təqribən 10 dəfə artaraq 1,55 faizdən 15,84 faizə çıxıb. Bu göstərici ABŞ istiqraz tarixində ən böyük göstərici hesab olunmaqdadır. 1981-ci ildən sonra isə faizlər azalmağa başlamış, nəticədə 2011-ci ildə 1,46 faizə düşüb. Hazırda isə ABŞ-da 10 illik dövlət istiqrazlarının faiz nisbəti orta hesabla 2,58 faiz təşkil etməkdədir.

100 trilyon dollarlıq bazar

Hazırda istiqrazlar dünyanın, demək olar ki, bütün dövlətləri və iri şirkətləri tərəfindən buraxılır. Dünya istiqraz bazarının həcmi 100 trilyon dollardan çoxdur . Hər gün birjalarda 700 milyard dollarlıq istiqraz alınıb – satılır və sahiblərinə sabit qazanc gətirir. İstiqraz bazarının inkişafının və onlara marağın böyük olmasının əsas səbəbi onların daha likvid yatırım aləti olması, risksiz olması və gəlirliliyin əvvəlcədən bilinməsidir.

"SOCAR Capital"ı şirkətinin PR qrupu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

DİN: Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

YAP Səbail rayon təşkilatında Novruz bayramı qeyd edilib

Nigeriyada daha yüz adam oğurlanıb

Azərbaycan-İraq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

Nazirlik: Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar

Bakı Dövlət Universitetində Novruz şənliyi

Yens Stoltenberq: NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq VİDEO

Beynəlxalq mətbuat Azərbaycan Prezidentinin NATO-nun Baş katibi ilə görüşündən yazır

“Ailəm könüllüləri” proqramının könüllüləri mükafatlandırılıb

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus BAMF-da olub

Azərbaycan icması Böyük Britaniya Parlamentinə etiraz məktubu göndərib

Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Unudulmaz bəstəkar Şəfiqə Axundovanın 100 illik yubileyi qeyd olunub

Hikmət Hacıyev: Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var VİDEO

Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib VİDEO

Ağdamda Bahar bayramı şənliyi keçirilib

Bakının Dəmir yolu vağzalında keçirilən oftalmoloji aksiya zamanı 120 nəfər müayinə olunub 

Monitorinq Mərkəzi Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirib

M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri İstanbulda səhnələşdiriləcək

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat elan edilib

Azərbaycan səfiri Çanaqqala Zəfərinin 109-cu ildönümü münasibətilə təşkil olunan tədbirdə iştirak edib

İsveçrənin ölkəmizdəki səfiri ilə COP29 ətrafında fikir mübadiləsi aparılıb

Avropa dövlətləri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu hissəsinin işə salınmasında maraqlıdırlar

Milli Kitabxanada “Tale şairi: Məmməd İsmayıl” adlı kitabın təqdimat mərasimi olub

® “Beyin ölümü diaqnozunun təyininə multidisiplinar yanaşma” mövzusunda seminar keçiriləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Xocavəndlilər baharın gəlişini yüksək əhvali-ruhiyyə ilə qeyd edirlər

“Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işçilərinin say həddinin təsdiq edilməsi və əməkhaqqı fondunun müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 309 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

QAÇQINKOM-un sədri Siyəzəndə vətəndaşların müraciətlərini dinləyib

Bakı Kitab Mərkəzi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi təşkil edib

“İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli 387 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

“Müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının yerinə yetirilməsi ilə bağlı sifarişçinin keçirdiyi müsabiqədə iştiraka görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Beynəlxalq müsabiqədə qalib gələn tələbələrə diplomlar təqdim edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 256 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

UNEC kollektivi bu il də Novruz bayramını ahıl sakinlərlə qeyd etdi

Hakim partiyaların fəal dialoqu Azərbaycan-Çin münasibətlərinin inkişafına böyük töhfələr verir

“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılıb

Azərbaycanda “Elektron kommunikasiya haqqında” qanun layihəsi hazırlanır

Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olunub

MEK Özbəkistanda türkdilli xalqlara həsr edilmiş beynəlxalq konfransda təmsil olunub

“Həvəsləndirmə və Biznes mükafatları” müsabiqəsi barədə məlumatlandırma görüşü keçirilib

Şəhid övladı Novruz tonqalını alovlandırdı

COP29 və elmi-texniki tərəqqi

Özbəkistan istehsal etdiyi yaşıl enerjini Azərbaycan üzərindən ixrac edəcək

Abşeronda Çanaqqala Zəfərinin 109–cu ildönümü qeyd olunub