CƏMİYYƏT
“İstoriya Azerbaydjanskoy jurnalistiki” kitabı işıq üzü görüb
Bakı, 5 mart, AZƏRTAC
Azərbaycan milli mətbuatının yaradılmasının 140 illiyi ilə əlaqədar “İstoriya Azerbaydjanskoy jurnalistiki” adlı kitab işıq üzü görüb.
Tanınmış jurnalistlər - Azərbaycan Jurnalistlər Birliyinin üzvü, pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadə və əməkdar jurnalist Akif Təvəkküloğlunun müəllifliyi ilə ərsəyə gələn bu kitab oxuculara rus dilində təqdim olunur. 455 səhifədən ibarət kitab bu sahədə respublikada ilk olmaqla, “Əkinçi” qəzetindən bu günə qədər keçən qəzet və jurnal jurnalistikası tarixi, mühacirət və diasporda jurnalistika, həmçinin Azərbaycanda radio və televiziyanın təşəkkülü, müxtəlif agentliklərin fəaliyyəti barədə oxuculara müfəssəl məlumat verir.
Kitab respublikada yaşayan rusdilli əhali, ali məktəblərin rus bölmələrində təhsil alan tələbələr və müəllimlər, rusdilli mətbuatın əməkdaşları üçün dərslik kimi, eləcə də MDB və digər bölgələrdə dəyərli mənbə kimi istifadə oluna bilər.
Kitaba Azərbaycan mətbuatında xüsusi yeri olan şəxslər rəy verib, məsləhətçi olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]