İQTİSADİYYAT


İştvan İygyarto : Bakı Şopinq Festivalı turizmin inkişafı üçün çox vacibdir

Bakı, 6 may, AZƏRTAC

Macarıstanın mədəni və elmi diplomatiya üzrə dövlət naziri İştvan İygyarto Bakı Şopinq Festivalını turizmin inkişafı baxımından çox vacib layihə adlandırıb.

AZƏRTAC xəbər verir ki, nazir festival haqqında belə deyib: “Bakı Şopinq Festivalı kimi layihələr ölkə turizminin inkişafı baxımından çox vacibdir. Bu, eyni zamanda, ölkə iqtisadiyyatının çox əhəmiyyətli və sürətlə inkişaf edən sektorudur. Ölkə mədəniyyətini təşviq etmək üçün ölkəyə turist axını cəlb etmək lazımdır. Turistlər səyahətlə yanaşı, teatr və muzeylərə, restoranlara gedir, həmçinin şopinq edirlər. Ən əsası isə öz istirahətləri üçün çoxlu pul xərcləyirlər, bundan isə sizin ölkəniz qazanır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.