SİYASƏT


İsveç Azərbaycanlıları Konqresi Ermənistan səfirliyinə məktub göndərib

Bakı, 10 iyul, AZƏRTAC

İsveç Azərbaycanlıları Konqresi iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində 2 yaşlı Zəhra Quliyevanın və nənəsi 50 yaşlı Sahibə Allahverdiyevanın həlak olması ilə bağlı İsveç Krallığının Resytaqına, parlament üzvlərinə, Baş nazirə, Xarici İşlər Departamentinə, jurnalistlər birliyi olan – Svenska Pen təşkilatına məktub ünvanlayıblar.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin iyulun 4-də Füzuli rayonunun Alıxanlı kəndini atəşə tutması nəticəsində biri iki yaşlı uşaq olmaqla 2 dinc sakinin həlak olması və daha birinin yaralanması faktı məktubda geniş qeyd olunub. Bununla yanaşı, məktubda bildirilib ki, Azərbaycanın torpaqlarını işğal etməklə kifayətlənməyən Ermənistan dövləti müxtəlif təxribatlar törədərək beynəlxalq konvensiyaları ciddi şəkildə pozmaqda davam edir. Sonda isə İsveç Krallığının qanunverici və icraedici orqanlarından baş verən hadisəyə obyektiv qiymət verilməsi və rəy bildirilməsi xahiş olunub.

İsveç Azərbaycanlıları Konqresi Alxanlı kəndində törədilən hərbi təxribata etiraz olaraq Ermənistanın bu ölkədəki səfirliyinə də etiraz məktubu ünvanlayıb.

Məktubda deyilir: “Ermənistan ordusunun Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində kəndin dinc sakinləri qətlə yetirilib. Biz-İsveç Azərbaycanlıları Konqresi bu ölkədə yaşayan azərbaycanlılar adından günahsız dinc əhaliyə qarşı törədilən bu cinayət aktına etirazımı bildiririk”.

Sonda isə vurğulanıb ki, Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı vandalizm aktıdır və bu, bir daha Ermənistan dövlətinin terrorçu mahiyyətini təsdiqləyir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.