DÜNYA


İsveç Miqrasiya Agentliyi ölkəyə qaçqın axınının zəifləyəcəyini proqnozlaşdırır

A+ A

Stokholm, 26 oktyabr, AZƏRTAC

İsveç Miqrasiya Agentliyinin yeni proqnozlarına görə, Avropaya və İsveçə qaçqın axını gələn il xeyli zəifləyəcək. Agentliyin məruzəsində belə deyilir.

Bunu Şengen zonasının bəzi ölkələrinin daxili sərhədlərindən qaçqınların qeyri-leqal və nəzarətsiz keçməsini çətinləşdirən sənədlərin ciddi şəkildə yoxlanılması ilə əlaqələndirirlər.

Agentlik İsveçdə sığınacaq verilməsi haqqında ərizələrin sayının əvvəllər nəzərdə tutulduğundan da çox azalacağını gözləyir. İdarənin proqnozlarına görə, bu il İsveç Krallığına əvvəllər nəzərdə tutulduğu kimi 34 500 deyil, 29 min qaçqın gələcək.

Qeyd edək ki, ötən 2015-ci ildə İsveçdə qaçqın statusu almaq barədə ölkənin bütün tarixi ərzində rekord sayda - 163 min ərizə qeydə alınıb. Bu rəqəm Aİ-nin bütün ölkələri arasında da əhalinin sayına nisbətdə qaçqınların orta sayı üzrə mütləq rekorddur. Belə bir halla üzləşən ölkə rəhbərliyi sərhəd nəzarəti tədbirlərinin tətbiq olunacağını elan etmək məcburiyyətində qalıb.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.