İDMAN


İsveç atıcıları Avropa çempionatının qızıl və gümüş medalını qazanıblar

Bakı, 2 avqust, AZƏRTAC

Bakıda keçirilən atıcılıq üzrə Avropa çempionatının 50 metr məsafədən qaçan hədəfə atəşaçma yarışlarının kişilər arasında fərdi mübarizəsinin qalibi İsveç təmsilçisi olub.

AZƏRTAC xəbər verir ki, İsveç atıcısı Jesper Nyberg 591 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onun həmyerlisi Emil Martinsson isə 589 xalla gümüş medal qazanıb.

Çexiya atıcısı Bedriç Jonas və rusiyalı Mixail Azarenko hərəyə 586 xal toplayaraq çempionatın bürünc medalına layiq görülüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.