İDMAN


İsveç atıcıları komanda yarışında 50 metr məsafədən qaçan hədəfə atəşaçmada qızıl medal qazanıblar

Bakı, 2 avqust, AZƏRTAC

Atıcılıq üzrə Avropa çempionatının 50 metr məsafədən qaçan hədəfə atəşaçmada kişilər arasında komanda yarışının birincisi İsveç təmsilçiləri olub.

AZƏRTAC xəbər verir ki, İsveç idmançıları Jesper Nyberg, Emil Martinsson, Rikard Johansson 1762 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Gümüş medalı 1745 (68x) xal toplayan Rusiya komandasının təmsilçiləri Mixail Azarenko, Maksim Stepanov, Dimitri Romanov qazanıblar.

Finlandiya yığmasının üzvlərindən Topi Hulkkonen, Heikki Lahdekorpi, Tomi-Pekka Heikkila ümumilikdə 1745 (66x) xal yığaraq çempionatın bürünc medalına layiq görülüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.