DÜNYA


İsveç polisi yeni elektromobilləri uğurla sınaqdan keçirib

Stokholm, 20 may, AZƏRTAC

İsveç polisi yeni elektromobilləri uğurla sınaqdan keçirib.

İsveç KİV-lərinin yaydığı məlumata görə, sınaqlar Stokholm, Malmö və Höteborqda həyata keçirilib. Cəmi doqquz elektrokar test olunub.

İsveç Milli Polis İdarəsinin rəsmi nümayəndəsi Henrik Lanqmark bildirib ki, bu elektromobillərdən təkcə qısa məsafələrə, o cümlədən görüşə getmək, cinayətkar yaxalamaq və insanlar arasında sorğu aparmaq üçün istifadə olunub. Amma heç bir elektrokar patrul maşını kimi tətbiq edilməyib.

Polis nümayəndəsi elektrokarların üstünlüklərindən danışarkən onların havaya işlənmiş qaz buraxmadığını və əməliyyat xərclərinin aşağı olduğunu qeyd edib. Ancaq bu maşınların səssiz hərəkət etməsi və bir dəfə elektriklə dolma gücünün yalnız qısa məsafələrə kifayət etməsi çox vaxt polislər üçün problem yaradır.

Qeyd edək ki, İsveçin asayiş keşikçiləri elektromobilləri daxiliyanma mühərrikli avtomobillərdən istifadəni 2030-cu ilə qədər dayandırmaq məqsədi daşıyan proqram çərçivəsində sınaqdan keçirirlər.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.