MƏDƏNİYYƏT


İsveç tamaşaçılarına Qara Qarayevin və Nazim Əliverdibəyovun kompozisiyaları təqdim edilib

Stokholm, 10 iyul, AZƏRTAC

İsveç tamaşaçılarına Qara Qarayevin və Nazim Əliverdibəyovun kompozisiyaları təqdim edilib.

Uzun illərdir İsveçdə yaşayan azərbaycanlı musiqiçi Leyli Yekta yerli tamaşaçılar qarşısında “Baxdan “Bayatı-Şiraz”adək” (“Fran Bach till Bayati-Shiraz”) adlı konsert proqramı ilə çıxış edib.

Stokholmun məşhur “Högalid” kilsəsində keçirilən konsertdə görkəmli bəstəkarlar Qara Qarayev, Nazim Əliverdibəyov, habelə İohan Sebastyan Bax və Uillan Hilinin əsərləri səsləndirilib. Konsertin əsas fərqləndirici məqamı Nazim Əliverdibəyovun məşhur “Bayatı-Şiraz” kompozisiyasının orqanda ifa edilməsi olub.

Tədbirin başlıca məqsədi yerli tamaşaçıları Azərbaycan klassik musiqisi ilə tanış etmək olub. Konserti Azərbaycanın Stokholmdakı səfirliyinin əməkdaşları, habelə yerli musiqisevərlər izləyiblər. Azərbaycan bəstəkarlarının əsərləri yerli tamaşaçılar tərəfindən, həqiqətən də, maraqla qarşılanıb.

 

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.