DÜNYA


İsveçdə “Midsommar” bayramıdır

Stokholm, 24 iyun, AZƏRTAC

İsveçdə ilin əsas bayramlarından biri - “Midsommar” yay gündönümü qeyd edilir. Bu bayram iyunun 19-dan sonrakı ən yaxın cümə və şənbə günündə keçirilir və isveçlilər üçün Milad bayramı ilə yanaşı böyük məna daşıyır. Bütpərəstlik kökləri olan bayram münasibətilə ölkədə həmişə qeyri-iş günləri elan edilir. İsveçlilər bu bayramı adətən ailə üzvləri ilə birlikdə şəhərdən kənarda və ya parklarda keçirirlər.

Bu il də Stokholmda əvvəlki illərdə olduğu kimi, təntənəli gəzinti yeri açıq səma altında məşhur “Skansen” etnoqrafik muzeyi olub. Əraziyə 25 min adam toplaşıb ki, bu da bayramın qeyd edildiyi dövr ərzində tam rekorddur. Ənənəyə görə, tədbir bayramın əsas rəmzinin – uzun bayram şüvülünün uşaqlar tərəfindən çiçəklər və otlarla bəzədilməsi ilə başlanıb. Sonra böyüklər onu qaldırıblar və açıq ərazidə yerləşdiriblər. Tədbir bayram endirimləri, habelə xalq mahnıları və rəqslərlə davam edib.

Qeyd edək ki, yay gündönümü Şimali Avropanın bir çox ölkələrində, lakin müxtəlif adlarla qeyd edilir.

 

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.