CƏMİYYƏT


İsveçdə “Nizami” layihəsi ilə bağlı seminar keçirilir

A+ A

Bakı, 27 sentyabr, AZƏRTAC

İsveçin Upsala Universitetində “Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsil tələblərinə uyğun yenidən qurulması və inkişafı – Nizami” layihəsinin ikinci seminarı keçirilir.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, seminarın əsas məqsədi bir il ərzində görülən işlərin müzakirəsi və gələcək fəaliyyət planının müəyyənləşdirilməsidir. Seminara layihənin tərəfdaşları olan Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, ölkəmizin doqquz və Avropanın dörd ali təhsil müəssisəsindən nümayəndələr qatılıblar.

Tədbirdə Təhsil Nazirliyini elm, ali və orta ixtisas təhsili şöbəsinin əməkdaşları Sülhəddin Gözəlov və Vüsalə Qurbanova təmsil edirlər.

Təhsil Nazirliyinin əməkdaşları Azərbaycanda doktorantura təhsilinin yaradılması, təşkili qaydaları və mövcud vəziyyəti ilə bağlı təqdimatlarla çıxış ediblər.

Seminarda Avropada və Azərbaycanda doktorantura təhsilinin təşkili qaydaları müzakirə olunub, həmçinin doktorantura təhsilinin beynəlmiləlləşməsi və Avropa standartlarına uyğunlaşdırılması ilə bağlı Avropa və Azərbaycan tərəfdaşlarının təqdimatları dinlənilib.

Tədbir sentyabrın 29-dək davam edəcək.

Qeyd edək ki, Avropa Komissiyasının “Erasmus+” proqramı çərçivəsində “Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsil tələblərinə uyğun yenidən qurulması və inkişafı – Nizami” layihəsi 2015-ci ilin dekabrından fəaliyyətə başlayıb. Layihənin baş əlaqələndiricisi Fransanın Monpelye Universitetidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.