DÜNYA


İsveçdə çovğun nəticəsində 3750 ev işıqsız qalıb

A+ A

Stokholm, 7 noyabr, Rauf Əliyev, AZƏRTAC

Çovğun və şaxtalı hava şəraiti İsveçin qərb və mərkəzi hissələrində 3750 evi işıqsız qoyub. Yerli KİV-lərin məlumatına görə, enerji təchizatını həyata keçirən “Eon” şirkəti abunəçilərə vəziyyətin gecə saatlarına qədər düzələcəyini söz verib.

Jurnalistlərə müsahibəsində “Eon” şirkətinin nümayəndəsi Sipra Françen deyib: “Bizim əməkdaşlar cümə günündən kəskin hava şəraitinə hazırlaşıblar. Lakin təəssüf ki, qar və külək ağacları qırır, yolların bağlanmasına səbəb olur. Bu da işimizi çətinləşdirir”.

Qeyd edək ki, soyuq hava şəraiti ilə əlaqədar ölkənin bir çox şəhərləri arasında qatarların hərəkətinə məhdudiyyətlər qoyulub. Bazar günü İsveçin qərb və mərkəzi regionlarındakı bəzi şəhərlərdə avtobuslar yola çıxmayıb. Avtomobil yollarında buz qatının yaranması ilə əlaqədar sürücülərə xüsusi xəbərdarlıq edilsə də, ölkədə çoxlu sayda qəzalar qeydə alınıb.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.