DÜNYA


İsveçdə dövriyyəyə yeni əsginazlar və sikkələr buraxılıb

A+ A

Bakı, 4 oktyabr, AZƏRTAC

İsveçin 100 və 500 nominalında olan kronu, həmçinin 1,2 və 5 nominalında olan sikkələri dövriyyəyə buraxılıb. Lakin həmin nominalda köhnə əsginazlar və sikkələr 2017-ci il iyunun 30-dək qanuni ödəniş vasitəsi olacaq.

AZƏRTAC “banks.eu” saytına istinadla xəbər verir ki, yeni banknotlarda İsveçin kino ulduzu Qreta Qarbo və opera əfsanəsi Birgit Nilsson təsvir olunublar. Maraqlıdır ki, yeni 2 kron nominalında olan sikkələr 40 ildən sonra yenidən dövriyyəyə buraxılıb, halbuki 1970-ci ildə tədavülə buraxılması ləğv olunmuşdu.

Yeni pullar dövriyyəyə tədricən buraxılacaq. Lakin yeni banknot almaq istəyənlər onu Mərkəzi Bankdan əldə edə bilərlər. Köhnə pulları banklarda və ya İsveçin mübadilə məntəqələrində yenisinə dəyişmək, eləcə də gələn ilin yayınadək mağazalarda xərcləmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.