DÜNYA


İsveçdə əlverişsiz hava şəraiti yollarda böyük tıxaclara və qəzalara səbəb olub

Stokholm, 5 yanvar, AZƏRTAC

Qar, buz və mənfi temperatur İsveç yollarında xaosa səbəb olub.

Bu barədə xəbər verən yerli KİV-lər yazır ki, son iki gündə ölkədəki hava şəraiti ilə əlaqədar rekord sayda yol qəzaları qeydə alınıb.

İki böyük qəza Upsala şəhərinin şimalındakı E4 avtomobil yolunda qeydə alınıb. Qəzaların birində 30, digərində 15 avtomobil toqquşub. Elvdalen şəhəri yaxınlığında da partlayıcı təhlükəli qaz balonları daşıyan yük maşınının iştirakı ilə böyük qəza baş verib.

Qeyd edək ki, bu günlərdə İsveçin bəzi yerlərində güclü qar yağıb, 40 dərəcədən də çox şaxta qeydə alınıb, yollarda tıxaclar yaranıb. Bəzi şəhərlərdə ictimai nəqliyyat işləmir, şəhərlərarası qatarların işində də böyük gecikmələr müşahidə olunur. Yol xidmətləri qəzaların qarşısını almaq üçün avtomobil istifadəsindən çəkinməni tövsiyə edir.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.