DÜNYA
İsveçdə maliyyə xidmətləri vergiyə cəlb oluna bilər
Bakı, 28 noyabr, AZƏRTAC
İsveç hökuməti yanında təşkil edilmiş xüsusi komissiya maliyyə sektorunda fəaliyyət göstərən şirkətlər üçün “maliyyə fəaliyyəti növlərinə” 15 faizlik vergi tətbiq etməyi təklif edib.
AZƏRTAC “vergilər.az” saytına istinadla bildirir ki, yeni yığım 2018-ci il yanvarın 1-dən banklar və bir sıra maliyyə müəssisələri tərəfindən ödənilən əməkhaqqının məbləğinə əsaslanacaq.
Maliyyə fəaliyyətinə vergi qoyulması Avropa İttifaqının qanunvericiliyinə uyğun olaraq əlavə dəyər vergisindən azad edilmiş sənaye, maliyyə xidmətləri sahələrində vergi payının artırılmasına yönəldilib.
Hökumətin planına əsasən, əgər maliyyə xidmətləri əlavə dəyər vergisinə cəlb olunarsa, maliyyə sektoru 2018-ci ildə büdcəyə 19 milyard İsveç kronu (2 milyard ABŞ dolları) məbləğində əlavə vergi ödəyəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [16:51]
Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb
- 29.03.2024 [16:03]
Almaniyada kimlər daha çox pensiya alır?
- 29.03.2024 [15:54]
Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir
- 29.03.2024 [15:47]
İsveçrənin hidrogen qatarı rekord vurub
- 29.03.2024 [15:39]
Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb
- 29.03.2024 [15:02]
Barselonada ekstremal quraqlıq hökm sürür
- 29.03.2024 [14:54]