DÜNYA


İsveçdə yumurtaya bənzər pulsuz saunanın layihəsi təqdim olunub

Bakı, 13 may, AZƏRTAC 

İsveçin “Bigert & Bergström” memarlıq şirkəti qızıl yumurta formalı sauna layihəsini təqdim edib.

AZƏRTAC “Novate.ru ” saytına istinadla bildirir ki, 8 nəfərlik saunanın ölçüsü heç də böyük deyil. Onun ortasında daş və dəmirdən hazırlanmış soba qoyulub, ətrafında isə xüsusi ağac materialdan oturacaqlar düzülüb.

Saunada temperaturu 75-80 dərəcəyədək qaldırmaq mümkündür. Saunanı ziyarət etmək pulsuzdur.

Şirkət mütəxəssislərinin fikrincə, burada yaxşı istirahət etməklə yanaşı, sümükləri də “isitmək” olar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.