DÜNYA
İsveçin “İKEA” Xeyriyyə Fondu Ebola virusu əleyhinə mübarizəyə vəsait ianə edib
Stokholm, 30 sentyabr (AZƏRTAC). İsveçin “İKEA” xeyriyyə fondu Ebola virusu əleyhinə mübarizəyə vəsait ianə edib.
Bu barədə məlumat fondun bəyanatında yer alıb.
Fondun məlumatında deyilir ki, genişlənməkdə olan epidemiyaya qarşı mübarizədə “Sərhədsiz həkimlər” təşkilatına yardım göstərmək məqsədilə 45 milyon İsveç kronu (6,2 milyon dollar) ianə edib. Həmin vəsait Qərbi Afrikada virusa yoluxan insanlara yardımın maliyyələşdirilməsinə xərclənəcək.
Bəyanatda belə bir məsələ də vurğulanır ki, artıq 3 mindən çox insan virusun qurbanı olub. “Sərhədsiz həkimlər” təşkilatı isə virus əleyhinə mübarizəyə 2 mindən çox əməkdaşını cəlb edib.
Qeyd edək ki, həmin vəsait “İKEA” Xeyriyyə Fondunun fəaliyyət göstərdiyi dövrdə onun ianə etdiyi ən böyük məbləğdir.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm