DÜNYA


İsveçin Malmö şəhərində baş verən atışma nəticəsində 4 nəfər xəsarət alıb

Stokholm, 26 sentyabr, Rauf Əliyev AZƏRTAC

İsveçin cənubunda yerləşən Malmö şəhərində baş verən atışma nəticəsində ən azı 4 nəfər xəsarət alıb.

Bu barədə İsveç KİV-ləri məlumat yayıb.

Hadisə bazar günü axşam saat 7 radələrində şəhərin Fosie rayonunun daxili məhəllələrinin birində baş verib.

Şahidlərin jurnalistlərə açıqlamalarına əsasən, moped idarə edən maskalı bir şəxs atəş açdıqdan sonra hadisə yerini tərk edib. Yaralılar xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı yerli polis istintaqa başlayıb.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.