DÜNYA


İsveçin cənubundakı şəhərlərdə qaçqınlar üçün düşərgələrdə  üç yanğın törədilib

Stokholm, 17 may, AZƏRTAC

İsveçin cənubundakı şəhərlərdə qaçqınlar üçün düşərgələrdə üç yanğın törədilib. Bununla əlaqədar 300-dən çox adam təxliyə edilib.

Bu barədə məlumat verən yerli KİV-lər onu da qeyd edirlər ki, xoşbəxtlikdən, bu hadisələr zamanı xəsarət alan olmayıb.

Məlumatlarda qeyd edilir ki, ən güclü yanğın Vekşö şəhərindəki mərkəzdə qeydə alınıb. Xilasedicilər burada 200-dən çox insanı təxliyə edə biliblər. Polisin məlumatına görə, yanğın mərkəzin özündə deyil, yaxınlıqdakı tikilidə başlanıb, lakin insanların təhlükəsizliyini təmin etmək məqsədilə onlar təxliyə ediliblər.

İkinci yanğın Mallil şəhərində qaçqınlar üçün mərkəzdə başlanıb. Burada da xilasedicilərin dəqiq işi insan tələfatından xilas olmağa kömək edib.

Daha bir yanğın Borrbi şəhərində, indi qaçqınların yerləşdirildiyi otel binasında qeydə alınıb. Fövqəladə hadisə yerinə gəlmiş yanğınsöndürənlər alovu ram edə biliblər. Onların rəyinə görə yanğın yeməkxanada başlanıb. Yanğınsöndürmə xidmətinin nümayəndəsi Rocer Larsson deyib: “Yeməkxana od içində idi. Burada sakinlərdən biri odsöndürəni götürüb və yanğınsöndürənlər hadisə yerinə gələnə qədər odu söndürməyə müvəffəq olub”.

Polisin nümayəndəsi Asa Emanuelsson qeyd edib ki, hər üç yanğının qəsdən törədilməsi güman edilir. Bununla əlaqədar təhqiqat aparılır. Asayiş keşikçiləri bu yanğınlar arasında bir əlaqə olub-olmadığını aydınlaşdırmağa çalışırlar.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.