MƏDƏNİYYƏT


İsveçin məşhur “Plunge” triosu Bakıda konsert verəcək

A+ A

Bakı, 12 avqust, AZƏRTAC

İsveçin məşhur “Plunge” triosu Bakıda konsert proqramı ilə çıxış edəcək.

AZƏRTAC xəbər verir ki, oktyabrın 23-də Beynəlxalq Muğam Mərkəzində baş tutacaq caz konserti Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində reallaşacaq. Konsertdə trio dünya caz musiqisindən müxtəlif mövzulu əsərlər təqdim edəcək.

Qeyd edək ki, oktyabrın 22-dən 30-dək Bakıda keçirilməsi nəzərdə tutulan Bakı Beynəlxalq Caz Festivalına dünyanın bir sıra tanınmış caz ifaçıları qatılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.