DÜNYA


İsveçin milli valyutasının dollara nisbətdə məzənnəsi son yeddi ildə ən aşağı səviyyəyə düşüb

A+ A

Stokholm, 28 oktyabr, AZƏRTAC

İsveçin milli valyutasının dollara nisbətdə məzənnəsi son yeddi ildə ən aşağı səviyyəyə düşüb. İsveç KİV-lərinin yaydığı məlumata görə, bu hadisə İsveç Bankı (Riksbank) əsas faiz dərəcəsini illik mənfi 0,5 faiz səviyyəsində saxlayaraq, onun qüvvədə olması müddətini daha yarım il uzadandan sonra baş verib.

Tənzimləyicinin fəaliyyəti nəticəsində dolların dəyəri artaraq 9,0433 krona çatıb ki, bu da əvvəlki hərracların bağlanış səviyyəsindən 1,47 faiz yüksəkdir.

Jurnalistlər bildirirlər ki, bir dollar sonuncu dəfə 2009-cu il martın 10-da 9 krondan baha olub.

İsveçin milli valyutası təkcə dollara nisbətdə dəyərdən düşmür. Kron avroya nisbətdə də zəifləməyə davam edir. Avronun məzənnəsi maksimum 9,8706 krona yüksəlib. Bu da oktyabrın 26-da keçirilən hərracların bağlanış səviyyəsindən 1,54 faiz yüksəkdir və 2010-cu ilin mayından maksimum göstəricidir.

“Riksbank”ın bəyanatında deyilir ki, mənfi faiz dərəcəsinin tətbiqi İsveç iqtisadiyyatına müsbət təsir göstərib, ÜDM-nin artımını sürətləndirməyə və işsizliyin səviyyəsini azaltmağa kömək edib, ancaq inflyasiyanın illik 2 faiz səviyyəsinə qaytarılması gözlənildiyindən daha çox vaxt tələb edəcək.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.