SİYASƏT
İsveçin xarici işlər naziri Azərbaycana səfərə gəlir
Bakı, 9 fevral, AZƏRTAC
Fevralın 9-10-da İsveçin xarici işlər naziri xanım Marqot Vallström Azərbaycanda işgüzar səfərdə olacaq. Bu barədə AZƏRTAC-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində Marqot Vallströmün fevralın 10-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.
Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçirəcəklər.