DÜNYA
İsveçli alimlər beyinin insanın tənəffüsünə necə nəzarət etməsini aydınlaşdırıblar
Stokholm, 9 iyul, AZƏRTAC
İsveç alimləri insan qanında oksigen və karbon qazı miqdarının dəyişməsi zamanı beyinin tənəffüs yollarına necə nəzarət etməsini aydınlaşdırıblar.
Tədqiqat qrupu müəyyən edib ki, beyin oksigen və ya karbon qazının miqdarının dəyişdiyini müəyyən edəndə xüsusi PGE2 prostaqlandin molekulunu buraxır. Bu, orqanizmin müdafiəsi, ağciyər və tənəffüs yollarının tənzimlənməsi üçün baş verir. Alimlər bu nəticəni laboratoriya siçanları üzərində aparılan təcrübə əsasında əldə ediblər. Məlum olub ki, PGE2 siqnal molekulu rolunu oynayır.
Tədqiqat artıq infeksiya və tənəffüs sisteminin iltihabı zamanı tənəffüs çətinliyi barədə daha çox məlumat almağa kömək edib. Tədqiqatçıların fikrincə, onların kəşfi körpələrin qəfil ölümü sindromuna aydınlıq gətirər və çoxlarının həyatını xilas edə bilər.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]