ELM VƏ TƏHSİL


İsveçrə Ali Təhsil Məktəbinin prezidenti Bakı Ali Neft Məktəbində

Bakı, 7 iyun, AZƏRTAC 

İsveçrənin Ali Təhsil Məktəbinin prezidenti Mariam Gamurziyeva Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovla görüşüb. Bu barədə AZƏRTAC-a BANM-dən məlumat verilib.

Görüşdə rektor Elmar Qasımov qonağa BANM-in fəaliyyəti, beynəlxalq əlaqələri, qısa müddətdə əldə etdiyi nailiyyətləri və yeni açılmış kampusu haqqında məlumat verib. O, BANM-də ölkənin ən yüksək bal toplayan tələbələrinin təhsil aldığını qeyd edərək 2017/2018-ci tədris ili üçün keçirilən birinci ixtisas qrupları üzrə qəbul imtahanında 700 bal toplayan beş abituriyentin bu ali məktəbi seçdiyini deyib.

Mariam Gamurziyeva isə rəhbərlik etdiyi ali təhsil müəssisəsinin menecment, o cümlədən neft-qaz menecmenti üzrə təhsil proqramları barədə məlumat verib.

Görüşdə, həmçinin qarşılıqlı əməkdaşlığın potensial istiqamətləri müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.