Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

İsveçrə Federal Parlamentində İsveçrə-Azərbaycan Dostluq Qrupunun sədri Filippo Lombardidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə Sizi İsveçrə Federal Parlamentində İsveçrə-Azərbaycan Dostluq Qrupunun adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Dostluq qrupunun sədri kimi mənim ölkənizi daha yaxından tanımaq şansım olub. Azərbaycanın çox qısa zaman ərzində qazandığı bütün iqtisadi nailiyyətlər məndə dərin təəssüratlar yaradıb.

Azərbaycanın zəngin tarixi və multikultural mühiti sosial inkişafın ahəngdarlığı üçün mükəmməl şərait yaradıb.

Dostluq qrupu olaraq, Azərbaycan Milli Məclisindəki həmkarlarımızla çox faydalı parlamentlərarası dialoqumuz var. Ümid edirik ki, bizim qarşılıqlı fəaliyyətimiz ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcək.

2013-cü ildə İsveçrə Senatının prezidenti kimi Bakıya səfərim zamanı keçirdiyimiz dostluq görüşünü xatırlayaraq, Zati-alinizə ən xoş arzularımı çatdırır, bütün Azərbaycan xalqına sülh, sağlamlıq və xoşbəxtlik diləyirəm.

Dərin hörmətlə,

 

Filippo Lombardi

İsveçrə Federal Parlamentində İsveçrə-Azərbaycan

Dostluq Qrupunun sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin