DÜNYA


İsveçrə KİV-ləri: FİFA-nın keçmiş prezidenti Blatter dəri xərçənginə tutulub

A+ A

Bakı, 8 iyul, AZƏRTAC

Beynəlxalq Futbol Federasiyasının (FİFA) keçmiş prezidenti Yozef Blatter dəri xərçəngindən əziyyət çəkir və sol qulağının bir hissəsinin kəsilməsi üzrə cərrahiyyə əməliyyatı keçirib. Bu barədə blick.ch saytı məlumat yayıb.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, 80 yaşlı Blatter iyulun 6-da Sürixdəki klinikada əməliyyat olunub. Onun immun sistemində yaranan problemdən əziyyət çəkdiyi iddia olunur.

KİV-lərin məlumatına görə, FİFA-nın keçmiş başçısı 2015-ci ilin əvvəlində emosional gərginlik səbəbindən xəstəxanaya yerləşdirilmişdi.

Xatırladaq ki, 2015-ci il sentyabrın 25-də İsveçrənin Federal Ədliyyə Bürosu Blatterə qarşı cinayət işi açıb. O, 2011-ci ildə 2 milyon İsveçrə frankını qanunsuz olaraq UEFA-nın başçısı Mişel Platininin hesabına köçürməkdə ittiham olunur. Dekabrın 21-də FİFA-nın etika üzrə komitəsinin arbitraj palatası Blatter və Platinini 8 il müddətinə futboldan uzaqlaşdırsa da qurumun apelyasiya komitəsi onlara qarşı sanksiyanı yüngülləşdirərək cəzalarını 6 ilə qədər azaldıb.

Blatter 2015-ci ildə təşkilatın ətrafında baş verən korrupsiya qalmaqalı fonunda FİFA-nı tərk etdiyini bildirib. Prezident postunda onu Canni İnfantino əvəz edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.