CƏMİYYƏT


İsveçrə Xarici İşlər Nazirliyinin nümayəndələri Marneulidə olublar

Tbilisi, 30 iyun, AZƏRTAC

Gürcüstanda səfərdə olan İsveçrə Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Avrasiya ölkələri ilə əməkdaşlıq departamentinin rəhbəri Elizabet Fon Kapeların rəhbərlik etdiyi nümayəndə heyəti azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olub.

Məqsəd İsveçrə hökumətinin maliyyə dəstəyi ilə Marneulidə həyata keçirilən layihələrin icra vəziyyəti ilə tanış olmaq, yeni layihələrlə maraqlanmaqdır.

Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Merab Topçişvili Marneulidə yaşayan milli azlıqların problemləri, vətəndaş fəallığı, dövlət strukturlarında çalışanların ixtisaslarının artırılması istiqamətində görülən işlər, bölgədə həyata keçirilən layihələr barədə məlumat verib. O, Marneulidə yaşayan milli azlıqların Gürcüstanın inkişafındakı rolunu qeyd edib.

Qonaqlara İsveçrə hökumətinin maliyyə yardımı və dəstəyi ilə bölgədə həyata keçirilən layihələrin icra vəziyyəti barədə məlumat verilib.

Sonra İsveçrə nümayəndə heyəti rayonun Algeti kəndində inşa olunan uşaq bağçasındakı işlərin gedişi ilə maraqlanıb.

Qeyd edək ki, bu gün Marneulidə 128 min 100 nəfər yaşayır və onların 86,4 faizi azərbaycanlıdır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.