ELM VƏ TEXNOLOGİYA


İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti Milli Azərbaycan Tarixi Muzeyində olub

A+ A

Bakı, 6 sentyabr, AZƏRTAC 

Ölkəmizdə səfərdə olan İsveçrə Yəhudi İcmaları Federasiyası prezidenti Herbert Vinterin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində olub.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, qonaqlara Azərbaycanın ulu keçmişini əks etdirən eksponatlar haqqında ətraflı məlumat verilib. Ekspozisiyada yəhudilərə aid bölmə qonaqların xüsusi marağına səbəb olub.

Azərbaycanın məşhur xeyriyyəçi və neft milyonçusu Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyinə də ekskursiya edən qonaqları maraqlandıran suallar ətraflı cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.