DÜNYA


İsveçrə dizaynerləri qızıl və qiymətli daşlardan eynək hazırlayıblar

A+ A

Bakı, 25 sentyabr, AZƏRTAC

AZƏRTAC “Lenta.ru” saytına istinadla xəbər verir ki, İsveçrənin “Silhouette” şirkəti modern üslubda “Atelier Collection” optik linzalı eynək kolleksiyasını satışa çıxarıb. Bu eynəklərin hazırlanmasında çəhrayı, sarı və ağ qızıl, habelə qiymətli daşlardan istifadə olunub. Ən ucuz eynəyin qiyməti 13 min dollardır.

“Titanium meet`s Gold” kişi eynəyinin qızıl tağları əllə cilalanıb. “Art de Fleurs” qadın eynəyi 72 brilyant və yaqutla bəzədilib. Yaqutlar mavi və ya çəhrayı sapfirlə əvəz edilə bilər.

Bu ilin iyununda “Damiani” şirkəti də “Mimosa” gün eynəyi kolleksiyasını qızıl və brilyant sağanaqlı eynəklərlə tamamlamışdı. Kolleksiyaya üç model daxil idi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.