İQTİSADİYYAT


İsveçrə qəzetində Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfədən bəhs olunub

A+ A

Vyana, 21 noyabr, AZƏRTAC

İsveçrənin gündəlik “Neue Zürcher Zeitung” qəzetində Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfədən bəhs edən məqalə dərc olunub.

Brüsselin noyabr ayının ortalarında Azərbaycanla yeni əməkdaşlıq müqaviləsinə dair danışıqlar apardığına toxunulan məqalədə Azərbaycanın Avropa İttifaqı üçün strateji əhəmiyyətə malik olduğu vurğulanır. Bildirilir ki, əməkdaşlığın mərkəzi sütununu “Cənub Qaz Dəhlizi” layihəsi təşkil edir.

Oxuculara bu dəhliz vasitəsilə Avropaya nəql ediləcək təbii qazın mənbəyi - “Şahdəniz-2” qaz yatağı barədə məlumat verilir. Qeyd edilir ki, “Cənub Qaz Dəhlizi” Azərbaycanın ən əhəmiyyətli iqtisadi layihəsidir. Bu layihə ölkəni daha güclü edir.

Yazıda Azərbaycan qazını Avropa bazarlarına çıxarmalı olan digər kəmərlər (TANAP, TAP) və onların iqtisadi rentabelliyi konkret faktlarla şərh olunur. Məqalənin yekununda bildirilir ki, iqtisadi rentabelliyi və nəql tutumu kifayət qədər güclü olan bu layihələr yaxın gələcəkdə “geniş dəhliz” ola bilər. Beləliklə, Azərbaycan Avropanın təbii qazla təminatında udanlar sırasında öz yerini alacaq.

Elgün Niftəliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.