REGİONLAR


İsveçrəli jurnalist Gəncə və Naftalanda olub

A+ A

Gəncə, 19 sentyabr, Rauf Hacıyev, AZƏRTAC

İsveçrəli tanınmış jurnalist Brijit Schmid Gugler Azərbaycana səfəri çərçivəsində Gəncə və Naftalan şəhərlərində olub. Səfər Xarici İşlər Nazirliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə dəstəyi çərçivəsində reallaşıb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Naftalan şəhərinə gələn Brijit Schmid Gugler “Çinar Hotel & Spa” otelində yaradılan şəraitlə tanış olub. Jurnalist Naftalanın müalicəvi nefti və onun əhəmiyyəti barədə maraqlanıb.

Daha sonra isveçrəli jurnalist Gəncəyə səfər edib. Şəhərin tarixi abidələrini, muzeylərini ziyarət edən jurnalistə Gəncənin qədim tarixi və mədəni həyatı, zəngin mətbəxi, “Avropa Gənclər Paytaxtı” layihəsi haqqında ətraflı məlumat verilib.

Sonra Göygöl Milli Parkına səfər edən jurnalist Gəncəyə və onun zəngin, əsrarəngiz təbiətinə heyranlığını dilə gətirib. O, Azərbaycanın bölgələrinin inkişafının, görülən işlərin yüksək qiymətə layiq olduğunu deyib, xalqımızın qonaqpərvərliyinə heyranlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.