MƏDƏNİYYƏT


İsveçrənin “Plunge” caz triosu Bakıda konsert verəcək

A+ A

Bakı, 21 avqust, AZƏRTAC

İsveçrənin “Plunge” caz triosu Bakıda konsert proqramı ilə çıxış edəcək.

AZƏRTAC xəbər verir ki, oktyabrın 23-nə planlaşdırılan konsert Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.

Bakı Beynəlxalq Caz Musiqi Festivalı çərçivəsində reallaşacaq konsertdə trio öz repertuarından populyar caz musiqisi səsləndirməklə yanaşı, dünya caz musiqisinə də yer ayıracaq.

Oktyabrın 22-dən 30-dək Bakıda keçirilməsi nəzərdə tutulan Beynəlxalq Caz Festivalına dünyanın bir sıra tanınmış caz ifaçıları qatılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.