MƏDƏNİYYƏT


İsveçrənin tanınmış gündəlik qəzeti Azərbaycan musiqiçisi haqqında yazıb

A+ A

Bern, 30 sentyabr, AZƏRTAC

İsveçrənin gündəlik “Tagesanzeiger“ qəzetində tanınmış Azərbaycan caz pianoçusu və bəstəkarı Şahin Növrəslinin oktyabrın 4-dən 8-dək Bern şəhərində keçiriləcək konsertləri ilə bağlı məqalə dərc olunub. “1001 gecədən caz” adlı məqalədə Bernin məşhur “Marians Jazzroom” klubunda keçiriləcək konsert və Şahin Növrəslinin yaradıcılığı haqqında məlumatlar yer alır.

Məqalədə caz musiqisi və öz vətəninin folklor irsini müasir ifa tərzində bir araya gətirən Ş.Növrəslinin klassik musiqidən caz aləminə gəlişindən də bəhs olunur. Qeyd edilir ki, klassik musiqi janrında bəstələnən əsərlərdəki ideyalara yeni ruh verən sənətçi caz janrında öz üslubunu gerçəkləşdirməyə çalışır. Caz janrında olduğu kimi, ənənəvi muğam musiqisi də öz ahəngdarlığı və melodik xüsusiyyətləri ilə zəngin improvizasiyalar üçün geniş meydan açır.

Virtuoz sənətçi Vaqif Mustafazadənin özünə ustad hesab edən Ş.Növrəsli məqalədə bildirib ki, caz musiqisi müxtəlif musiqi stillərinin sintezi üçün geniş imkanlar açır və bu imkan ifa zamanı onu xəyalən naməlum məkanlara aparır.

Elgün Niftəliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Bern

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.