ELM VƏ TƏHSİL
İsveçrənin tanınmış media eksperti tələbələr üçün seminar keçib
Bakı, 12 aprel, AZƏRTAC
İsveçrənin tanınmış media və PR eksperti, pedaqoq Aleksandra Stark Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin tələbələri üçün seminar keçib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, A.Stark tələbələrə yeni media, informasiya texnologiyalarının inkişafının doğurduğu mənzərənin jurnalist fəaliyyətinə təsiri, etik standartlar və s. mövzularda məlumatlar verib, onların suallarını cavablandırıb. Həmçinin seminar iştirakçıları İsveçrə mətbuatı, eləcə də ənənəvi və sosial media ilə bağlı fikir mübadiləsi aparıblar.
Seminar Azərbaycan Mətbuat Şurası ilə İsveçrənin ölkəmizdəki səfirliyinin birgə əməkdaşlığı çərçivəsində reallaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:40]
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 19.04.2024 [18:26]
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]