MƏDƏNİYYƏT


“İt gəzdirən xanım” Pantomima Teatrının səhnəsində

Bakı, 17 iyun, AZƏRTAC

Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcı kollektivi yeni tamaşa hazırlayır.

Teatrdan AZƏRTAC-a məlumat verilib ki, sözügedən tamaşa A.P.Çexovun “İt gəzdirən xanım” hekayəsi əsasında hazırlanıb.

Belə ki, teatrsevərlər iyunun 18-də nümayiş olunacaq səhnə əsərinə Leyla Atayevanın quruluşunda baxacaqlar. Tamaşada rəsmlərin quruluşu Nurlan Rüstəmova, əsərin plastik həlli isə Xalq Artisti Bəxtiyar Xanızadəyə məxsusdur.

Səhnə əsərində rolları Əməkdar Artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Leyla Atayeva, Nuridə Musabəyli, Elxan Şahalıyev, Elnur Rzayev və Beyrək Rüstəmov canlandıracaq.

Qeyd edək ki, A.P.Çexovun “İt gəzdirən xanım” hekayəsi əsasında 1960-cı ildə “Lenfilm” kinostudiyasında eyniadlı film də ekranlaşdırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.