İQTİSADİYYAT


“Italian Trade Agency” “Xəzər Neft və Qaz” sərgiləri sayəsində tərəfdaşlıq müqavilələri imzalamağa nail olub

Bakı, 3 iyun, AZƏRTAC

“Italian Trade Agency” şirkəti Bakıda keçirilən “Xəzər Neft və Qaz” sərgiləri sayəsində bir sıra əlaqələr qurmağa, faydalı işgüzar münasibətlər yaratmağa və bəzi şirkətlərlə tərəfdaşlıq müqavilələri imzalamağa nail olub.

Bunu AZƏRTAC-a müsahibəsində “Xəzər Neft və Qaz” sərgisində öz stendi ilə təmsil olunan “Italian Trade Agency” şirkətinin direktoru Aniello Musella bildirib.

“Stendimiz neft-qaz sahəsində müxtəlif layihələrin reallaşdırılması zamanı zəruri olan müasir məhsullar, ən son texnologiyalar və müxtəlif avadanlıqları təqdim edən 15 italyan şirkətini bir araya gətirib. Bu şirkətlərdən 10-nun nümayəndələri birbaşa İtaliyadan gəlib və sərgidə şəxsən iştirak edirlər, qalan beş şirkət isə öz fəaliyyətləri barədə məlumatları əks etdirən kataloqlarla təmsil olunurlar”, - deyə şirkətin direktoru bildirib.

Aniello Musellanın sözlərinə görə, “Italian Trade Agency” şirkəti İtaliyanın rəsmi təmsilçisidir, pavilyon neft-qaz avadanlıqları və texnologiyalarının satış həcmini artırmaq, məhsulların satış coğrafiyasını genişləndirmək və İtaliya şirkətlərinin avadanlıqlarını seçməyə maraq göstərən yeni sifarişçilər cəlb etmək məqsədilə İtaliyanın İqtisadi İnkişaf Nazirliyi tərəfindən maliyyələşdirilir.

“Xəzər Neft və Qaz” sərgisində dəfələrlə iştirak etmişik və İtaliya şirkətlərinin BP və SOCAR kimi nəhəng şirkətlərlə görüşlər keçirmək və əməkdaşlıq etmək imkanı əldə etməsi üçün istənilən şəraiti yaratmağa çalışırıq. Biz bir neçə il ərzində bu mühüm tədbir sayəsində bir sıra əlaqələr qurmağa, faydalı işgüzar münasibətlər yaratmağa və bəzi şirkətlərlə tərəfdaşlıq müqavilələri imzalamağa nail olmuşuq”, - deyə Aniello Musella bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.