DÜNYA
İtaliya: Aralıq dənizində batan gəminin kapitanı həbs edildi
Bakı, 21 aprel, AZƏRTAC
BMT bazar günü Aralıq dənizində qəzaya uğrayaraq batan gəmidən cəmi 28 nəfərin xilas edildiyini, 800 nəfərin isə həlak olduğunu təsdiqləyib.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, şahidlərin ifadəsi alındıqdan sonra xilas olan iki nəfər – gəminin kapitanı və onun köməkçisi həbs edilib. Onlar insanların qeyri-qanuni daşınmasında şübhəli bilinirlər.
Bu arada aprelin 20-də Yunanıstanın Rodos adası sahilləri yaxınlığında batan gəminin 93 sərnişini xilas edilib, 3 nəfər həlak olub. İtaliya və Maltanın sahil mühafizə xidməti isə dünən qəzaya uğrayan, göyərtəsində yüzlərlə mühacirin olduğu daha iki gəminin xilas edilməsi üzrə əməliyyatlar aparıb.
Efiopiya və Eritreya vətəndaşlarını Liviya ərazisindən keçməklə qeyri-qanuni yollarla İtaliyaya daşınmasını təşkil edən 24 şübhəlinin həbs olunduğu da bildirilir.