Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

İtaliya–Azərbaycan Ticarət İnstitutunun üç il ərzində gördüyü işlər yüksək qiymətləndirilib VİDEO

Roma, 8 iyul, AZƏRTAC

Romada İtaliya–Azərbaycan Ticarət İnstitutunun (İTAZERCOM) üçillik fəaliyyəti və “İtaliyanın Latsio regionu – Azərbaycan: diplomatik iqtisadiyyat” layihəsinin təqdimatı ilə bağlı tədbir keçirilib.

Tədbirdə çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov üç il ərzində İTAZERCOM-un gördüyü işlərdən danışıb. Bildirib ki, qurum Azərbaycan ilə İtaliya arasındakı əlaqələrin inkişafı istiqamətində uğurla fəaliyyət göstərərək ölkəmizin təbliği istiqamətində keçirilmiş bütün tədbirlərdə fəal iştirak edir.

Son illər İtaliyanın Azərbaycanın önəmli ticarət tərəfdaşına çevrildiyini deyən səfir vurğulayıb ki, ölkələrimiz arasında siyasi, mədəni və iqtisadi əlaqələr sürətlə inkişaf etməkdədir. İkitərəfli və çoxtərəfli münasibətlərimiz dinamik olaraq genişlənir. Xüsusilə TAP layihəsinin reallaşması ilə bu əməkdaşlıq daha da dərinləşərək, Azərbaycanı Avropanın əsas qaz təminatçısına çevriləcək. Bütün bunlarla yanaşı İtaliyanın bir sıra şirkətləri Azərbaycanın qeyri-neft sektoruna da maraq göstərirlər. Ölkələrimizin elmi, mədəni, akademik dairələri arasında da əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Regionlarımız arasında əlaqələrin genişlənməsi hər iki ölkənin prioritetlərindəndir. Bu baxımdan Latsio regionu ilə əlaqələr xüsusi önəm kəsb edir. Belə ki, ölkəmizin turizm potensialının öyrənilməsi, biznes imkanlarının araşdırılması və mədəni əməkdaşlığın genişləndirilməsi baxımından bu region İtaliyanın Azərbaycana önəm verən bölgələrindən biridir.

Ötən ay Azərbaycanda keçirilmiş ilk Avropa Oyunları barədə məlumat verən V.Sadıqov diqqətə çatdırıb ki, bu tarixi tədbir mövcud potensialımızı və Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək iqtidarında olduğumuzu bütün dünyaya gostərmək imkanı yaratdı. Bununla yanaşı Azərbaycan İtaliyada keçirilən önəmli tədbirlərdə uğurla təmsil olunur. Bu baxımdan “Milan Expo-2015” və 56-cı “Venesiya Biennalesi” beynəlxalq sərgilərini xüsusi vurğulamaq lazımdır. Bütün bunlar Azərbaycan ilə İtaliya arasında mövcud uğurlu əməkdaşlığın nəticəsidir.

İTAZERCOM-un prezidenti Manuela Traldi rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb. Bildirib ki, bu qurum Azərbaycan-İtaliya əlaqələrinin möhkəmləndirilməsi kimi önəmli bir missiya üçün fəaliyyət göstərir. İki ölkə arasında mövcud yüksək səviyyəli münasibətlər TAP layihəsinin reallaşması ilə daha da genişlənməkdədir. İtaliya şirkətləri Azərbaycan bazarında daha çox təmsil olunmağa maraq göstərirlər. Bu baxımdan İTAZERCOM tərəfindən təşkil olunan ticarət missiyaları xüsusi əhəmiyyət kəsb edir. Bu cür missiyaların gələcəkdə daha tez-tez təşkil olunması planlaşdırılır.

Son illərdə Azərbaycanın qazandığı uğurlardan danışan M.Traldi ölkəmizin mühüm iqtisadi göstəriciləri barədə statistik məlumatları tədbir iştirakçılarının nəzərinə çatdırıb. Bildirib ki, Azərbaycanda bütün sahələrdə inkişaf müşahidə olunmaqdadır. Bu ölkədə həyata keçirilən dövlət siyasəti, o cümlədən iri regional layihələr, qəbul olunmuş dövlət proqramları Azərbaycanı daha da uğurlu gələcəyə aparır.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) baş məsləhətçisi Adil Qurbanov təmsil etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, qurum bir sıra ölkələrin, o cümlədən İtaliyanın müvafiq strukturları ilə uğurlu əməkdaşlıq edir. İtaliyalı sahibkarlarla daha sıx görüşlər keçirməklə Azərbaycanda mövcud əlverişli biznes mühiti barədə onları daha ətraflı məlumatlandırmaq vacibdir.

Sonra “İtaliyanın Latsio regionu – Azərbaycan: diplomatik iqtisadiyyat” layihəsinin təqdimatı olub.

Roma və ətrafında 8 mindən çox şirkəti birləşdirən “Confartigianato Imprese” Assosiasiyasının prezidenti Mauro Manokki, “Lazio innova” şirkətinin prezidenti Stefano Fantaçone, italiyalı sahibkarlara yeni bazarlara çıxmaqda dəstək olan “Simest spa” korporasiyasının nümayəndəsi Massimo D’Aiuto və italiyalı iş adamı Stefano Albano çıxış edərək müvafiq layihənin əhəmiyyətini vurğulayıblar. Qeyd edilib ki, layihə Latsio regionunun və Azərbaycanın iş adamları arasında əlaqələrin inkişaf etdirilməsi baxımından önəmlidir. Bu təşəbbüs əsasında iş adamlarımız qarşılıqlı səfərlər edərək fəaliyyət dairələrini genişləndirmək, yeni əlaqələr qurmaq və təcrübə mübadiləsi həyata keçirmək imkanı əldə edəcəklər.

Çıxışçılar İTAZERCOM-un fəaliyyətini yüksək qiymətləndirərək belə bir qurumun təsis olunmasının iki ölkə arasındakı əlaqələrə mühüm töhfəsini vurğulayıblar. Qeyd ediblər ki, təşkilat fəaliyyəti ilə hər iki ölkədə iqtisadi və ticarət, maliyyə və biznes sahələrində hazırkı durumu öyrənmək və bugünkü reallığa uyğun iş qurmaq, investisiya yatırmaq istiqamətində həm azərbaycanlı, həm də italiyalı iş adamlarına da böyük yardım göstərir.

Daha sonra Azərbaycan və Latsio regionu ilə bağlı videoçarxlar nümayiş olunub.

Sonda İTAZERCOM-a yeni üzv olunanlara sertifikatlar təqdim edilib.

Maqsud Dadaşov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

İtaliya–Azərbaycan Ticarət İnstitutunun üç il ərzində gördüyü işlər yüksək qiymətləndirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Burkina-Faso üç fransalı diplomatı ölkədən çıxarır

Britaniyalı deputat haqqında araşdırma başlayıb

Azərbaycan ilə Türkiyə məktəbləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Fransada insan hüquqları açıq şəkildə tapdalanır

“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” – yeni nəşr

“İnklüzivlik ayı” layihəsinə başlanılıb

Bakı Ali Neft Məktəbi ilə Özbəkistan universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Agentlik rəhbəri IV sinifdən sonra “Son zəng” keçirilməsi məsələsinə aydınlıq gətirib

“Azərreyl”in baş məşqçisi: Finala yüksəlmək fantastikdir

Dövlət agentliyinin direktoru Naxçıvanda təhsil sahəsində tətbiq ediləcək yeniliklərdən danışıb

AFFA beş klubu cəzalandırıb

Eşqi Bağırov: İşğaldan azad edilmiş ərazilərdə 5 məktəbdə 107 müəllim fəaliyyət göstərir, 762 nəfər təhsil alır

“Google” İsrail əleyhinə aksiya keçirən 28 əməkdaşını işdən çıxarıb

Şirvan şəhərindəki FHN-in yanğın-taktiki təliminə 16 texnikası və 45 əməkdaşı cəlb olunub

Agentlik direktoru: Kişi müəllimlərin sayında azalma müşahidə olunmur

Eşqi Bağırov: 453 məktəbdə elektron jurnaldan istifadə olunur

Agentlik rəhbəri: 345 məktəbdə monitorinq aparılıb, 55 nəfər işdən çıxarılıb

Qonşusunu öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Eşqi Bağırov: Dövlət məktəblərində IV və VI siniflər üzrə şagirdlərin monitorinqdə iştirakı icbaridir

Türkiyə-Azərbaycan Universitetində üç məşhur təhsil müəssisəsinin pedaqoji heyəti çalışacaq

Pekin Blinkenin Çinə qarşıdakı səfərini yüksək qiymətləndirir

Mayın 3-dən 17-dək tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılacaq

Müəllimlərin sertifikatlaşdırılması prosesinin tarixi açıqlanıb

Mayın 1-dən birinci siniflərə qəbul prosesinə başlanılır

DİN: Qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər nəticəsində 21 əcnəbi saxlanılıb VİDEO

Çin Fələstinin BMT-yə tam üzvlüyünü dəstəkləyir

Eşqi Bağırov: Agentliyin fəaliyyəti dövründə 112 müəllimin iş yeri dəyişdirilib

Bəzi dağlıq və dağətəyi ərazilərdə havanın arabir yağıntılı olacağı gözlənilir

Agentlik rəhbəri: Bağçalarda aparılan monitorinqlər nəticəsində 40-a yaxın müdir işdən çıxarılıb

Eşqi Bağırov: Hədəf məktəbəqədər təhsilin əhatəliliyini 30 faizdən 50 faizə çatdırmaqdır

UEFA Avropa Liqası: Yarımfinala vəsiqə qazanacaq komandalar bəlli olur

Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH

Qətər İsrail ilə HƏMAS arasında vasitəçilik missiyasını yenidən nəzərdən keçirəcək

Almaniya polisi insan qaçaqmalçılığına qarşı miqyaslı əməliyyat keçirir

Ramana qalasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirilib

Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO

Qərbi Azərbaycana qayıdışla bağlı konfrans keçirilib

Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 70-ə çatıb

Sinxron turnirdə 30 şahmatçı ilə oynayan yığmanın kapitanı: Avropada bu qədər maraq görmək məni çox sevindirdi

Spiegel: Almaniyada Rusiyaya casusluq edən iki nəfər saxlanılıb

Energetika naziri ABŞ-a səfər edib

Paşinyan: İrəvanın sərhədlərin delimitasiyasından imtinası yeni eskalasiyaya gətirib çıxaracaq

XRİTDX rəisi rumınıyalı həmkarı ilə birgə əməkdaşlıq istiqamətində görüləcək işləri müzakirə edib

İndoneziyada vulkan püskürüb, sunami xəbərdarlığı elan olunub

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində müşavirə keçirilib

Elşən Qaraca “QGallery”də “Cəsur ürək” sərgisinin təqdim edir

Ölkəmizin Türkiyə və Moldovanın sosial müdafiə qurumları ilə əməkdaşlığı genişlənir

Azərbaycanın və Ukraynanın COP29 ilə bağlı əməkdaşlığı müzakirə edilib

Bulbul – Azərbaycanın unikal milli sosial şəbəkəsi

Pöhrələr boy atır...

Konfrans Liqası: “Fənərbağça” “Olimpiakos”la cavab görüşünə çıxacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üç ayda məcburi dövlət sosial sığorta üzrə daxilolmalarda 8,6 faiz artım qeydə alınıb

Bu ilin ilk rübü ərzində ƏƏSMN-də və qurumlarında 498 min vətəndaş qəbul edilib

"Xəzri"nin kapitanı: Finalda "Sərhədçi" ilə qarşılaşmaq daha yaxşı olardı

Azərbaycanın dayanıqlı su təminatına böyük töhfə ŞƏRH

Azərbaycan millisi İnkişaf turnirində iştirak edəcək

AzMİU Varşava Texnologiya Universiteti ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan millisinin kapitanı növbəti dəfə Macarıstan çempionu olub

Xorvatiya parlamentinə seçkilərdə Baş nazirin partiyası qalib gəlib

Azərbaycanda insan resurslarının idarə edilməsi üzrə yeni dövlət standartı qəbul edilib

Naxçıvanda ixrac olunan mallara verilən mənşə sertifikatlarının sayı artıb

Komitə sədri: Bədxassəli şişlərin əmələ gəlməsinin əsas səbəblərindən biri transyağlardır

® Sən də “Dəstək” ol!

Xaricidə işlə təmin etmək adı altında vətəndaşların pullarının ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb

Gənc Tamaşaçılar Teatrı may repertuarını təqdim edib

Aprelin 21-də 46 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 5 nəfər xilas edilib

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Ağsuda vətəndaşların müraciətlərini dinləyəcək

® ABB-dən cəmi bir günə tender qarantiyası

Dünyanın ən yaxşı kameraya sahib telefonu HONOR Magic6 Pro tezliklə Azərbaycanda satışa çıxarılacaq

Azərbaycan ilə Pakistan arasında təhsil sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub

Sumqayıt qatarını daşa basanlar müəyyən olunublar VİDEO

UNEC Bakı Dizayn Akademiyası ilə əməkdaşlıq edəcək

Bakı dairəvi avtomobil yolunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq VİDEO

Çerniqova raket hücumu nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb

Azərbaycan İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyası ilə fəal əməkdaşlıq etmək niyyətindədir

Elm və təhsil naziri: Regionlarda vətəndaşlara göstərilən xidmətlərin keyfiyyəti artıb

İspaniyada Azərbaycan mədəniyyəti təbliğ olunacaq

AQTA sədri ekspertlərə xəbərdarlıq edib

Ekvadorda enerji böhranı səbəbindən iki gün iş dayandırılıb

İddiaçılar Turniri: Nicat Abasov Hindistan təmsilçisi ilə üz-üzə gələcək

İsveçdə kriminal şəbəkənin üzvünə məxsus üzük hərracda satılıb

Mədəniyyət nazirinin İmişlidə vətəndaş qəbulunun tarixi dəyişdirilib

IRENA Assambleyasının 14-cü sessiyasının ikinci günündə hansı məsələlər müzakirə olunacaq?

AQTA sədri: Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Binəqədi rayonunda yük maşını yolun kənarı ilə gedən qadını vurub

Ali Rada sədrinin müavini: Ukrayna Azərbaycanın humanitar töhfəsini yüksək qiymətləndirir

Salyan “ASAN xidmət” mərkəzində bir il ərzində 178 mindən çox müraciət qeydə alınıb

AQTA-nın auditorları 24 ölkənin ərazisində 349 müəssisədə qiymətləndirmə aparırlar

Evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs yaxalanıb

® “Kapital Bank”ın istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb

Tahir Rzayev: Qida təhlükəsizliyini bir təşkilatla yekunlaşdırmaq düzgün deyi

Azyaşlı qıza hədə-qorxu gələrək qızıl-zinət əşyalarını talayan iki nəfər saxlanılıb

DİN: Ötən gün 2,3 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Bakıda ümumşəhər iməciliyi və ağacəkmə aksiyası keçiriləcək

DİN: Ötən gün xeyli qanunsuz odlu silah aşkarlanaraq götürülüb

Əbu-Dabidə AYİB ilə yaşıl enerji tərəfdaşlığı müzakirə edilib

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə növbəti 2 ildə sədrliyi onun beynəlxalq nüfuzundan xəbər verir VİDEO

Dünya birjalarında neft bahalaşıb