İDMAN
İtaliya Milli Olimpiya Komitəsi: Bakı-2015, məşəlin səyahəti başladı
Roma, 27 aprel, AZƏRTAC
İtaliya Milli Olimpiya Komitəsinin (İMOK) rəsmi internet səhifəsində “Bakı-2015” ilk Avropa Oyunları məşəlinin alovlandırılması mərasimi ilə bağlı məqalə yerləşdirilib.
“Bakı-2015, məşəlin səyahəti başladı” sərlövhəli yazıda tədbir haqqında ətraflı məlumat verilir. Qeyd olunur ki, Bakıdakı qədim od məbədi olan Atəşgahda keçirilmiş mərasimə Azərbaycan Prezidenti İlham Əliyev, xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və başqaları qatılıblar.
Prezident İlham Əliyevin və Patrik Hikkinin tədbirdəki çıxışlarından sitatların gətirildiyi yazıda ilk Avropa Oyunlarının məşəlinin Azərbaycanın hər bir guşəsini dolaşaraq, açılış mərasimində Bakı Olimpiya Stadionuna gətiriləcəyi vurğulanır.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri,
Roma