DÜNYA
İtaliya Prezidenti bütün Avropanı terrorizmlə mübarizədə birləşməyə çağırıb
Roma, 25 noyabr, AZƏRTAC
İtaliya Prezidenti Sercio Matarella Strasburqa səfəri çərçivəsində Avropa Parlamentində ilk çıxışında bütün Avropanı terrorizmlə mübarizədə birləşməyə çağırıb.
ANSA Agentliyinin məlumatına görə, İtaliyanın dövlət başçısı fikirlərinə bu sözlərlə davam edib: “Avropa yaralıdır: Brüssel, Kopenhagen, London, Madrid, Paris və digər şəhərlərdə göz yaşları, ağrı və kədər hökm sürür. Yalnız birlik sayəsində terrorizmi məğlub edə bilərik. Heç bir ölkə təkbaşına bu işin öhdəsindən gələ bilməz. Bütün dünyanın birləşmiş Avropaya ehtiyacı var. Baş vermiş son faciəvi hadisələr üzləşdiyimiz problemin nə dərəcədə ciddi olduğunu bir daha göstərdi”.
Avropanın yenilənmiş qayda-qanunlara ehtiyacı olduğunu deyən S.Matarella humanizm, təhlükəsizlik, həmrəylik və məsuliyyət prinsiplərinə söykənən yeni qanunların işlənməsinin vacibliyini diqqətə çatdırıb.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma