RƏSMİ SƏNƏDLƏR


İtaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Sercio Mattarellaya

Hörmətli cənab Prezident,

İtaliya Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan ilə İtaliya arasındakı əlaqələrin hazırkı səviyyəsi məmnunluq doğurur. Daim genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz, müxtəlif sahələrdə qarşılıqlı surətdə faydalı əməkdaşlığımız ikitərəfli münasibətlərimizin dinamik və hərtərəfli inkişafının bariz nümunəsidir.

Əminəm ki, dostluq münasibətlərimizin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İtaliya xalqına daim sülh və rifah diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 30 may 2017-ci il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin